Bu gün milli mətbuatımızın 137 – ci doğum günüdür, bununla əlaqədar bu sahədə çalışanları təbrik edirəm, onlara işlərində uğurlar, arzu edirəm, həmçinin ümid edirəm ki, onlar bizi maraqlı materialları ilə sevindirəcəklər.
Lakin bu gün mətbuatımızda mövcud olan problemləri diqqətsiz qoya bilmərəm. Belə ki, bu gün Azərbaycan mətbuatında jurnalistikadan mətbuatdan və ümumiyyətlə ən adi etika qaydalarından xəbərsiz olan təsadüfi adamlar var.
Bu insanların “fəaliyyəti” bütün Azərbaycan jurnalistikası üçün ləkədir. Bəzi jurnalistlər jurnalistin vəzifəsinin nədən ibarət olduğunu unudub tamam başqa işlərlə məşğuldular. Mən demək olar ki, hər gün Ermənistan KİV- ni oxuyuram, və demək olar ki, hər gün ölkəmiz haqda Azərbaycan KİV – nə istinadən yayılan yalan və iftira dolu xəbərləri görürəm. Bu xəbərlər bəzən o dərəcədə cəfəng olur ki, məndə onlar sadəcə gülüş hissi doğurur fəqət, bu hamıda belə deyil, belə ki, bu xəbəri oxuyan əcnəbinin bu xəbərə inanma ehtimalı böyükdür, çünkü xəbər erməni KİV – də yayılsa da Azərbaycan KİV – nə istinadən verilir ki, bu da onu əcnəbi üçün “daha inandırıcı” edir.
Əlbətdə ki, əcnəbi bu xəbərin hansı azərbaycanlı jurnalistin xəstə təxəyyülünün məhsulunun olması barədə maraqlanmayacaq. Nəticədə bizim bəzi KİV – lərimizin və erməni təbliğat maşının “sıx əməkdaşlığı” Azərbaycana qarşı aparılan informasiya müharibəsində düşmənə böyük üstünlük verir. Ən maraqlısı isə bundadır ki, düşmən bu üstünlüyü faktiki heç bir vəsait və vaxt sərf etmədən əldə edir.
Mən bu KİV – ləri “5-ci kolon” adlandırıram çünki onların fəaliyyətini başqa cür səyyələndirə bilmirəm. Bu KİV – lərdən “Yeni Musavat” (musavat.com) qazetini və Poliqon informasiya (pia.az) aqentliyini misal çəkmək olar.
Məhz onların “fəaliyyəti” nəticəsində erməni təbliğatı “Azərbaycanın xarici banklarda 3 milyard dollar vəsaitinin dondurulması”, gənclər və idman naziri Azad Rəhimova “istinadən” “azərbaycanlıların vəhşi heyvan olması”, Bakıda keçirilmiş hərbi paradda “təyyarələrin azərbaycanlı pilotlara həvalə olunmayıb israilli pilotlar tərəfindən idarə olunması” barədə “maraqlı” məlumatları müxtəlif dillərə çevirib dünyaya yaymaqdadır.
Əlbətdə ki, bütün bu sadaladıqlarımın yalan olmasını mən konkret faktlarla sübüt edə bilərəm, lakin zənn edirəm ki, istənilən normal insana bunların xəstə təxəyyülün uğursuz məhsulu olması onsuzda aydındır.
Bəzi oxucular deyə bilər ki, bu KİV – lər müxalifət KİV – ləridir və ya müxalifət yönlüdür ona görə də belə “məlumatlar” yaymaqları normaldır.Mən bu fikirlərlə qəti razılaşa bilmərəm, bəli, əgər bir ölkədə iqtidar varsa orada müxalifətin olması normal və labüddür.
Amma bizim bəzi müxalif KİV – lərimiz mövcud iqtidara deyil Azərbaycana və milli maraqlarımıza müxalifətdədirlər. Bu isə artıq başqa mətləblərdən xəbər verir, bu o deməkdir ki, bu insanlarda olan kin, nifrət, üstə gəl onların savadsızlığı və qeyri peşəkarlığı ona gətirib çıxarır ki, onlar düşmənin dəyirmanına su tökməklə məşğul olurlar, bilərəkdən və ya bilmədən düşmən ölkəyə işləyirlər, düşmən ölkənin təbliğat arsenalını gücləndirirlər.
Onların bunu şuurlu surətdə edib etməməsni araşdırmaq isə əlagədar orqanların işidir.
Xusui qeyd etmək lazımdır ki, bu insanların jurnalistikanın elementar qaydalarından xəbərləri yoxdur, məsələn bu KİV – lərdən birində çalışan jurnalist onun elektron poçt ünvanına gəlmiş bir elektron məktub əsasında heç bir araşdırma aparmadan məqalə yazıb KİV – də yerləşdirə bilər. Düzü bu xəbəri alanda könlümdən o jurnalistə oxşar məktub yazmaq keçdi, mənə maraqlı idi ki, o mənim məktubuma da inanıb onun barədə məqalə yazacaq? və yazacaqsa çalışdığı KİV bu məlumatı yerləşdirəcək?
Lakin sonra fikrimdən daşındım, fikirləşdim ki, diletantın diletant olduğunu sübüt edən daha bir dəlil mənə heç bir xeyir verməyəcək, amma Azərbaycana mənim məktubum əsasında çıxmış xəbər ziyan vuracaq.
Mən bəzi jurnalistlərimizin azərbaycan dilinin qrammatikasından və leksik normalarından qəti olaraq bixəbər olduqlarından, bəzilərinin isə “qonzo jurnalistika” (Gonzo journalism) uslubunda yazdıqlarından danışmıram.
Bəzi kütləvi informasıya vasitələrimizdə yaranmış bu acınacaqlı vəziyyət mənim kimi bir çox vətəndaşımızı da narahat edir.
Sonda bütün normal jurnalistlərimizə uğurlar, oxucularımıza isə səbr diləmək istərdim.
Əli Hacızadə
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.