Показаны сообщения с ярлыком Ermənistan. Показать все сообщения
Показаны сообщения с ярлыком Ermənistan. Показать все сообщения

суббота, 23 июля 2011 г.

“Jurnalistlərimiz” erməni təbliğatının nökəri rolunda

Bu gün milli mətbuatımızın 137 – ci doğum günüdür, bununla əlaqədar bu sahədə çalışanları təbrik edirəm, onlara işlərində uğurlar, arzu edirəm, həmçinin ümid edirəm ki, onlar bizi maraqlı materialları ilə sevindirəcəklər.
Lakin bu gün mətbuatımızda mövcud olan problemləri diqqətsiz qoya bilmərəm. Belə ki, bu gün Azərbaycan mətbuatında jurnalistikadan mətbuatdan və ümumiyyətlə ən adi etika qaydalarından xəbərsiz olan təsadüfi adamlar var.
Bu insanların “fəaliyyəti” bütün Azərbaycan jurnalistikası üçün ləkədir. Bəzi jurnalistlər jurnalistin vəzifəsinin nədən ibarət olduğunu unudub tamam başqa işlərlə məşğuldular. Mən demək olar ki, hər gün Ermənistan KİV- ni oxuyuram, və demək olar ki, hər gün ölkəmiz haqda Azərbaycan KİV – nə istinadən yayılan yalan və iftira dolu xəbərləri görürəm. Bu xəbərlər bəzən o dərəcədə cəfəng olur ki, məndə onlar sadəcə gülüş hissi doğurur fəqət, bu hamıda belə deyil, belə ki, bu xəbəri oxuyan əcnəbinin bu xəbərə inanma ehtimalı böyükdür, çünkü xəbər erməni KİV – də yayılsa da Azərbaycan KİV – nə istinadən verilir ki, bu da onu əcnəbi üçün “daha inandırıcı” edir.
Əlbətdə ki, əcnəbi bu xəbərin hansı azərbaycanlı jurnalistin xəstə təxəyyülünün məhsulunun olması barədə maraqlanmayacaq. Nəticədə bizim bəzi KİV – lərimizin və erməni təbliğat maşının “sıx əməkdaşlığı” Azərbaycana qarşı aparılan informasiya müharibəsində  düşmənə böyük üstünlük verir. Ən maraqlısı isə bundadır ki, düşmən bu üstünlüyü faktiki heç bir vəsait və vaxt sərf etmədən əldə edir.
Mən bu KİV – ləri “5-ci kolon” adlandırıram çünki onların fəaliyyətini başqa cür səyyələndirə bilmirəm. Bu KİV – lərdən “Yeni Musavat” (musavat.com) qazetini və Poliqon informasiya (pia.az) aqentliyini misal çəkmək olar.
Məhz onların “fəaliyyəti” nəticəsində erməni təbliğatı “Azərbaycanın xarici banklarda 3 milyard dollar vəsaitinin dondurulması”, gənclər və idman naziri Azad Rəhimova “istinadən” “azərbaycanlıların vəhşi heyvan olması”, Bakıda keçirilmiş hərbi paradda “təyyarələrin azərbaycanlı pilotlara həvalə olunmayıb israilli pilotlar tərəfindən idarə olunması” barədə “maraqlı” məlumatları müxtəlif dillərə çevirib dünyaya yaymaqdadır.
Əlbətdə ki, bütün bu sadaladıqlarımın yalan olmasını mən konkret faktlarla sübüt edə bilərəm, lakin zənn edirəm ki, istənilən normal insana bunların xəstə təxəyyülün uğursuz məhsulu olması onsuzda aydındır.