Показаны сообщения с ярлыком Əli Hacızadə. Показать все сообщения
Показаны сообщения с ярлыком Əli Hacızadə. Показать все сообщения

среда, 7 сентября 2011 г.

Azərbaycan bloqçuluğunda ən böyük problem: qrammatik və etik qaydalar!

Azərbaycan bloqçularını bir araya toplayan “Bloqosfer 2011″ Forumu bir sıra maraqlı təqdimat və müzakirələrlə yadda qaldı.
Forumun ikinci günündə də bir neçə bloqun təqdimatı baş tutdu.
Onlardan ikisi ilə ANN.Az oxucuları üçün qısa söhbət etdik.

“65 mindən çox ziyarətçi bloqumu ziyarət edib”
Gulustan.ws bloqunun müəllifi, yeni media mütəxəssisi Əli Hacızadə:
- Keçən ilin oktyabr ayından bloqum fəaliyyət göstərir. Bu vaxt arzində  65 mindən çox ziyarətçi bloqumu ziyarət edib, 120 mindən artıq  baxış olub. Ziyarətçilərin 80 faizi xaricdəndir.  Bu da məni qane edir. Ziyarətçilər bloqda keyfiyyətli fotolar, Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycanda və onun ətrafında baş verən gündəlik hadisələr, xüsusilə siyasi mövzular, Ermənistan-Azərbaycan münaqişəsi barədə oxuya bilərlər.