Azərbaycan bloqçularını bir araya toplayan “Bloqosfer 2011″ Forumu bir sıra maraqlı təqdimat və müzakirələrlə yadda qaldı.
Forumun ikinci günündə də bir neçə bloqun təqdimatı baş tutdu.
Onlardan ikisi ilə ANN.Az oxucuları üçün qısa söhbət etdik.
“65 mindən çox ziyarətçi bloqumu ziyarət edib”
Gulustan.ws bloqunun müəllifi, yeni media mütəxəssisi Əli Hacızadə:
- Keçən ilin oktyabr ayından bloqum fəaliyyət göstərir. Bu vaxt arzində 65 mindən çox ziyarətçi bloqumu ziyarət edib, 120 mindən artıq baxış olub. Ziyarətçilərin 80 faizi xaricdəndir. Bu da məni qane edir. Ziyarətçilər bloqda keyfiyyətli fotolar, Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycanda və onun ətrafında baş verən gündəlik hadisələr, xüsusilə siyasi mövzular, Ermənistan-Azərbaycan münaqişəsi barədə oxuya bilərlər.
- Azərbaycanda bloqçuluqda ən önəmli problemlər nədir?
- Əsasən iki problemi vurğulmaq istərdim. Biri qrammatik nöqsanlar. Hesab edirəm ki, bu, dilimizə hörmətsizlikdir. İkincisi isə etika normalarına riayət olunmamasıdır. Düzdür, Rusiyada bu vəziyyət daha pisdir, lakin bizdə belə olmasını istəməzdim. “Bloqosfer”də isə maraqlı fikirlər, təqdimatlar eşitdim və hesab edirəm ki, bu tədbir hər il olmalıdır.
Gülarə Əzimzadə
ANN.Az
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.